4 noyabr 2010 16:44

Mahmud QURBANOV: Bakı futbol oynamır

Azərbaycanın "Bakı" klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibə verdi.

"Bakı"-nın əsas problemi sizcə nədədir?
Biz futbol oynamırıq. Komanda böhran qarşısındadı. Səbəbləri bilmirəm, əks halda onlar artıq həll olunacaqdı. Komandada hər şey var, sadəcə futbol oynaya bilmirəm. Bu yaxınlarda rəhbərlik toplanış keçirdi və problemin səbəbini bildirməyə tələb etdi. Lakin heç bir oyunçu verilən suallara cavab verə bilmədi.
 
Ola bilsin ki, bəzi futbolçular sadəcə olaraq oynamaq istəmir?
Belə bir şey ola bilməz. Vəziyyətimiz çox çətindir. Birinci dövrədə biz oynamırdıq, sadəcəvaxt keçirirdik. Hər dəfə turnir cədvəlinə nəzər yetirəndə ürəyim ağrıyır. Səkkizinci yer bizim üçün deyil.
 
"Bakı" ulduz futbolçularla güclənib, lakin onlar gözlənilən oyunu sərgiləmir.
Azərbaycan ulduz futbolçu yoxdur, hətta yerli səviyyədədə. Olsaydılar da – oynayan onlar deyil, komandadı. Heç kəs oyunun taleyini təkbaşına həll edə bilməz.
 
Məşqçinin dəyişdirilməsi "Bakı"-ya kömək edərmi?
Problem məşqçidə deyil, bütün komanda günahkardı. Futbolçular və məşqçilər korpusu. Mən ehtiyatda otururam, lakin elə mən də günahkaram. Heç kəs kənarda qalmamalıdı.
 
Adətən belə vəziyyətlərdə məhsuliyyəti öz üzərinə kapitan və böyük təcrübəyə malik futbolçu götürür. Bəlkə sizdə bunu sınayasız?
Dünən bir yerə yığışaraq, komandanın problemlərini müzakirə etdik. Futbolçuların hamısı dedi ki, "Gəncə" ilə oyun barəsində düşünməliyik. Bu oyun bizim üçün böyük əhəmiyyətə malik olacaq. Sona qədər mübarizə aparacayıq.
 
"Gəncə" öz meydanında "Xəzər-Lənkəran"-ı məğlub etdi. Bu cür rəqiblə mübarizə apara biləcəksinizmi?
Orada oynamışam və yerli əhaliyə futbol nə demək olduğunu bilirəm. Bu komanda ikiqat güclə oynayır. Buna görə də Gəncəyə səfərimiz böyük bir sınaqa çevriləcək. Heç kəs əvvəlcədən deyə bilməz ki, qələbə artıq bizimdi. Əksinə, rəqib bizim problemlərimizdən istifadə etməyə çalışacaq.
 
"Gəncə"-də "Bakı"-nın bir neçə sabiq futbolçusu çıxış edir – yəgin onlar daha böyük motivasiya ilə bu oyuna cıxacaq.
Romal Hüseynov, Ceyhun Sultanov, Rafael Əmirbəyov – bunlar şübhəsiz ki, maksimum imkanlarına oynayacaq. Bizə çətin olacaq.
 
Sizcə "Gəncə"-nin uğurun sirri nədədir?
Onlarda komanda ruhu var. Bu isə hər bir rəqibə qarşı oynamağa kömək edir.
 
Bəs "Bakı"-nın bu il çempion olması nə dərəcədə realdır?
Bu real deyil. Lakin yüksək pilləni tutmağa hələ də şansımız var. Liderdən 14 xal geridəyik, buna görə də ilk "altılığa" düşməliyik ki, sonradan avrokuboklara çıxamaq uğrunda mübarizə aparmaraq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.