4 noyabr 2010 17:14
Adnan SEZGIN: Azərbaycanlı futbolçuları Türkiyə Superliqasında görmürəm
Türkiyənin "Galatasaray" klubunun idman direktoru Adnan Sezgin Bakıya gəlib Azərbaycanın "Neftçi" komandasının fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorrenin keçidi ilə bağlı gəlməyib. Azerisport.az xəbər verir ki, bu barədə "Cim-Bom" rəsmisi bu gün keçirilmiş mətbuat konfransında bildirib. "Mənim Bakıya səfərimin məqsədi Covanniyə görə deyil. Bu ümumiyyətlə mənim işim deyil. O, Qeorqi Haci ilə əvvəllər çalışıb. Mən şadam ki, "Neftçi" ilə razılığa gələ bildik", - "Galatasaray"-ın nümayəndəsi dedi.
Sezginin həmçinin "Neftçi" ilə əməkdaşlıq haqqında danışıb: "Biz istəyirik ki, sizin perspektivli futbolçularını bizə gəlsin. Əməkadaşlıq etmək lazımdır, axı biz bir xalqığ". Həmçinin Seagin Bakıda Türkiyə Superkuboku uğrunda "Galatasaray" – "Fenerbahçe" oyunun keçirilməsi ilə bağlı məsələyə də toxunaraq qeyd etdi ki: "Fenerbahçe"-nin yerinə danışa bilmərəm".
Həmçnin Sezgin etiraf etdi ki, onun təmsil etdiyi klub "Neftçi" ilə yoldaşlıq görüşünü yanvarda keçirmək istərdi, lakin hər şey komandaların qrafikindən asılıdır. 2011-ci ilin yayında isə klublar Tofiq Bəhramov adına stadionda qarşıda gələcək mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirə bilərlər.
"Galatasaray"-ın idman direktoru hesab etmir ki, Azərbaycanın AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə üzərində əldə etdiyi qələbə, futbolçulara Superliqada maraqın artıracaq. "Düşünmürəm ki, siz dediyiniz kimi olacaq. Azərbaycan futbolunun potensialı var. Lakin mən çempionatımızda çoxlu sayda azərbaycanlı futbolçu görmürəm. Hər şeyi uşaq futbolundan başlamaq lazımdır", - Sezgin hesab edir.
Həmçinin Sezgin nəyə görə onun komandası məhz "Neftçi" ilə əməkdaşlığı seçib sualına da cavab verdi: "İstanbulda biz digər Azərbaycan klublarının nümayəndələri ilə də görüş keçirmişdik. Ümumiyyətlə biz sizin çempionatınızla maraqlanırıq, axı burada türkiyəli futbolçuların sayı da az deyil. "Neftçi" yoldaşlıq görüşü keçirmək məqsədi ilə bizə müraciət etdi. Və biz qərara aldıq ki, kompleksli çalışmaq lazımdır".
