"Neftçi çempionluğu qazanacaq"
Azərbaycanın "Neftçi" klubunun təcrübəli futbolçusu Elmar Baxşiyev çempionatın 12-ci turunun oyununda "İnter"-lə keçiriləcək oyun haqda öz fikirlərini klubun rəsmi saytına bildirib. "Neftçi" 5 ildir turnir cədvəlinin zirvəsində qərarlaşa bilmirdi. Ancaq klubun yeni prezidenti Sadıq Sadıqovun gəlişindən sonra komanda yenidən quruldu, heyətə yeni futbolçular cəlb olundu. Düşünürəm ki, bu tempdə davam etsək, sonda çempionluğu biz qazanacağıq. "İnter"-lə qarşıdakı oyuna gəldikdə isə deyə bilərəm ki, rəqibimiz iddialı klubdur. Bizi çox çətin oyun gözləyir. Ümumiyyətlə, Premyer-liqada asan rəqib yoxdur. Hər oyunumuz gərgin, lakin eyni zamanda, maraqlı keçir. Bütün gücümüzü ortaya qoyub, qələbə qazanacağıq", - azerisport.az xəbər verir ki, bunun Baxşiyev dedi.
