4 noyabr 2010 00:06
Fərhad Vəliyev: Bizim başqa çıxış yolumuz yoxdur...
Azərbaycanın "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev komandası və "Xəzər-Lənkəran"-la (0:1) oyun barəsində azerisport.az saytına danışdı.
"Məğlub olacağımızı gözləmirdim. Ümumiyyətlə qarşılaşma heç-heçəyə gedirdi, əsas oyun mərkəzdə keçirdi. Qapılar qarşısında çox az təhlükə yaranırdı. Son dəqiqələrdə rəqib müdafiə olunurdu. Lakin hesab edirəm ki, biz heç olmasa bir xala layiq idik", - Vəliyev dedi.
Onun sözlərinə görə, XL-la oyundan sonra baş məşqçi Qurban Qurbanov dedi ki, bu sayda səhv bir oyun ərzində buraxmamaq olmaz: "Buna görə də özümüzə gəlməliyik. Qurbanov qeyd etdi ki, qarşıdaki oyunlarda belə nöqsanlar təkrarlanmamalıdı. Bizim başqa çıxış yolumuz yoxdur – hazırda olan heyətlə qələbə qazanmalıyıq".
