4 noyabr 2010 00:14

Rəşad SADIQOV: İlk öncə Türkiyə və ya Rusiyanın səviyyəsinə çatmalıyıq

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibə verdi.

FİFA növbəti dəfə ən yaxşı futbolçu seçir. Siz, Azərbaycan yığmasının kapitanı kimi, hansı amillər üzrə bunları seçirisiz?
Oyunçunun klubdaki çıxışına, komandasının nəticəsinə və kollektivinə verdiyi töhfəsinə baxıram. Bu yığmalara da aiddir. Məncə bu il belə oyunçu yoxdur ki, o həm klubda, həm yığmada uğur qazana bilib. Əlbətdə Xavi və İnyestanı qeyd etmək olar – onlar dünya çempionu oldular, lakin Çempionlar Liqasında yarımfinalda ilişdilər. Hər halda, ən yaxşısını seçmək üçün yaxşı fikirləşmək lazımdır.
 
Bu il oyunçuların klubdaki yoxsa yığmadaki çıxışlarına daha çox diqqət yönəltmək lazımdır?
Bu il Dünya Çempionatı keçirikib və şübhəsiz bunun reytinqi başqa turnirlərdən daha üstündür. Buna görə də əsas diqqət məhz DÇ-yə yönəltmək lazımdı. Burada mən Uesli Sneyderi qeyd edərdim – İtaliya çepmionatının, Çempionlar Liqasının qalibi olub, DÇ-2010-nun finalına qədər çatıb. CAR-da o Hollandiya yığmasını demək olar ki öz üzərində daşıyırdı, həmçnin beş qolun müəllifi oldu. Əsl ustad.
 
Siyahı ilə artıq tanış oldunuz?
Əlbətdə. Onu bir neçə qrupa böldüm – "klub" və "yığma"da çıxış edənlərə. Misal üçün, Lionel Messi. "Barcelona"-nın heyətinə parlaq oyun sərgilədi, lakin DÇ-də Arqentina yığmasının heyətində heçnə ilə yadda qalmadı.
 
Siyahı ilə tanış olanda düşünmədinizmi, orada hansısa bir futbolçu yoxdur?
Xerard Pikenin olmamasına çox təəcübləndim. Hesab edirəm ki, o hazırda dünya futbolunun ən güclü müdafiəçisidir. Pike həm müdafiədə əla oynayır, həm də hücuma çox gözəl qoşulur. Bu müasir futbolun tələblərinə cavab verir.
 
FİFA-nın siyahısında qarşılaşdığınız Almaniya yığmasının futbolçuları da var. Özil, Xedira, Müller və digərlərin irəliləməsinə nə ilə əlaqələndirirsiniz?
Alman futbolu hamıya yaxşı bələd olan səviyyədədir. Mənim fikrimcə, Almaniya hazırda dünyanın ən güclü yığmasıdır. Onlar həm etnik almanları, həm mühacir ailələrindən çıxanları da yaxşı istifadə edir. Bu çox vacib məqamdır. Çünki bu futbolçular yığmaya fərqli bir üslub əlavə edir.
 
Bu Almaniya da bizimlə bir qrupa düşüb...
Onlara qarşı ən çətin oyunumuz artıq keçmişdə qaldı (1:6 – Red.). Bakıda biz onlara qarşı təmamiylə başqa cür oynayacayıq.
 
Neçə il gözləmək lazımdır ki, azərbaycanlı futbolçunun adını bu siyahıda gözləyək?
Gəlin ilk öncə Türkiyə və ya Rusiyanın səviyyəsinə çataq. Belə baxanda heç bu ölkələrin təmsilçiləri bu siyahıda yoxdur.
 
Ən yaxşı baş məşqçi adına olan namizədlər barəsində bəs nə deyə bilərsiniz? Yeri gəlmişkən, mütəxəssislər Joze Mourinyonu qeyd edir.
Portuqaliyalı məşqçi doğrudan da İtaliyada mümkün olan uğurları əldə edib, ÇL-ın qalibi olub. Hesab edirəm ki, ən yaxşısı Mourinyo olacaq. Lakin İspaniyanın dünya çempionu edən Visente del Boskeni də unutmaq lazım deyil. AVRO-2008-dəki qalibiyyətdən sonra bütün dünya ispanların gücünü bildi. Və bu uğuru təkrarlamaq üçün onlara psixoloji cəhətdən asan deyil idi. Lakin del Boske öz oyunçularına bu səddi keçməyə yardım etdi. İspaniya və Almaniya həm nəticə, həm oyun baxımından ideal komandadırlar. Bununla belə, Xosep Qvardiola da mənim xoşuma gəlir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.