4 noyabr 2010 00:27
Qeorqe Hacı Neftçi`nin futbolçuları ilə görüşəcək
Gələn ilin yanvarında Azərbaycanın "Neftçi" klubu Antalyada toplanış keçirməyə planlaşdırır. Azerisport.az xəbər verir ki, bu toplanış çərçivəsində bir neçə yoxlama oyunun keçirilməsi nəzərdə tutulur. Rəqiblərin arasında Qeorqe Hacının çalışdırdığı İstanbulun "Galatasaray" klubu da ola bilər. Bu barədə klubların rəhbərləri yaxın günlərdə razılığa gəlməlidi.
