5 noyabr 2010 13:12
Arsenal Braziliyanın "gələcəyini" almaq istəyir
İngiltərənin "Arsenal" klubu Braziliyanın "Santos" komandasının gənc futbolçusu Neymarı almaq istəyir. Azerisport.az xəbər verir ki, 18-yaşlı futbolçu ilə "Chelsea" və "Real" da maraqlanır. Məlumata görə, "Santos"-la yeni beşillik müqavilə bağlayan Neymarı almaq istəyən hər kəs 25 milyon funt sterlinq ödəməli olacaq. Lakin bildirilənə görə, trasnfer məbləğinə baxmayaraq, Arsen Venqer futbolçunu komandasına görmək istəyir.
Mənbə: Caughtoffside
