5 noyabr 2010 13:33
"XL hələ ötən mövsüm çempion olmalı idi"
Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi Toni Adams ölkə çempionatının 12-ci turu çərçivəsində "Xəzər-Lənkəran"-la keçiriləcək oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Bizi çətin oyun gözləyir. Lənkəranlılar çempionluq uğrunda fəal mübarizə aparır. Onlara hələ ötən mövsüm çempion olmalı idi. Mirça Rednikin gəlişindən sonra XL daha yaxşı oynamağa başladı. Birinci dövrədə biz "Xəzər-Lənkəran"-a məğlub olduq və bunun təkrarlanmasını istəmiri. Ümidvaram ki, bu dəfə qalib tərəf "Qəbələ" olacaq", - Adams dedi.
