5 noyabr 2010 17:04
"Real`a heç vaxt qayıtmayacam!"
İtaliyanın "Inter" klubunun yarımmüdafiəçisi Uesli Sneyder İspaniyanın "Real" komandasına mümkün qayıdışından danışdı. Azerisport.az xəbər verir ki, hazırda "Kral klubunun" çalışdırıcısı "neradzurri"nin keçmiş baş məşqçisi Joze Mourinyo olduğundan, Sneyderin Madridə qayıdışı ilə bağlı söz-söhbətlər artıq yaydan gəzir.
Lakin Hollaniya yığmasının futbolçusu bu variantı ümumiyyətlə nəzərdən keçirmədiyini bildirdi. "Mənim Madridə qayıdışım mümkün deyil. Mənimlə pis rəftar edən kluba qayıtmaq arzum yoxdur. "Real"-da birdə heç vaxt oynamayacam", - Sneyder dedi
Mənbə: L`Equipe
