5 noyabr 2010 17:33
Del Pyero Milan`da?
İtaliyanın "Milan" klubunun sahibi Silvio Berluskoni "Juventus" komandasının əfsanəsi Alessandro Del Pyeronu "rossoneri"nin heyətində görmək istədiyini bildirdi. Azerisport.az xəbər verir ki, Turin təmsilçisinin baş meneceri Beppe Marotta bu məlumatla bağlı öz fikirlərini bildirdi.
"Berluskonin sözləri hər bir futbolçu üçün yüksək qiymətdir. Amma Del Pyero "Milan"-ın formasında çıxış etməyəcək. Aleksin agenti və qardaşı dedi ki, o "Juve"-nin futbolçusu olaraq qalacaq. Yaxın zamanda onlar klubun prezidenti Andrea Anyelli ilə görüşərək, futbolçunun gələcəyi barəsində müzakirə aparacaq", - Marotta dedi.
Mənbə: Football Italia
