5 noyabr 2010 00:01
Cokiça Haciyevski Sxadadzenin cavabını verdi
Azərbaycanın "Simurq" klubunun baş məqşçisi Cokiça Haciyevski Kaxaber Sxadadzenin ittihamlarına cavab verdi və 12-ci turu çərçivəsində AZAL-la keçiriləcək oyun barəsində azerisport.az saytına danışdı.
"Biləndəki Kaxaber Sxadadze hər şeydə məni günahkar edib çox təəccübləndim. Hər şeyi mənim boynuma atmaq onun üçün daha asan idi. Açığı deyim, bu barədə danışmaq mənə xoş deyil. Mən həmişə öz futbolçularıma dəstək verirəm. Və əgər bilmək istəyirsinizsə, o üç oyunçu nəyə görə "İnter"-ə qarşı görüşdə meydana çıxmaqdan imtinad edib, onların özündən soruşun. Onlar bütün həqiqəti deyəcək. Komandadan qovulmalarına gəldikdə isə, bu klub rəhbərliyin qərarı idi", - Haciyevski dedi.
"AZAL-la oyuna gəldikdə isə, bu çətin oyun olacaq. Bu mövsüm "təyyarəçilər" artırıb. Biz maksimum gücümüzü ortaya qoyacayıq, necə ki bunu "Bakı", "Qarabağ" və digər oyunlarda etmişdik", - təcrübəli mütəxəssis vurğuladı.
