5 noyabr 2010 00:07
Fenerbahçe Juve`nin futbolçusunu ala bilər
İtaliyanın "Juventus" klubunun yarımmüdafiəçisi Mohammed Sissoki Türkiyənin "Fenerbahçe" komandasına keçə bilər. Azerisport.az xəbər verir ki, "Juve" Mali yığmasının futbolçusu ilə ayrılmağa bir şərtlə razıdır: Sissoko yalnız "Qoca sinyoranı" qane edən qiymətə tərk edə bilər.
Bu mövsümndə sabiq "Liverpool" oyunçusu A Seriyasında altı oyun keçirib. Bu oyunların hamısında o meydana əvəzetmədən sonra çıxıb.
Qeyd edək ki, bundan öncə Sissoko ilə "Bayern Münich", "Borussia" (Dortmund), "Wolfsburg" və "Real" kimi klublar maraqlanıb.
Mənbə: Eurosport
