5 noyabr 2010 00:16

Fərhad VƏLIYEV: İndi bu barədə danışmağın nə faydası var?

Ağdamın "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibə verdi.

Üç yarım il ərzində ilk dəfə idi ki "Qarabağ" öz meydanında "Xəzər-Lənkəran"-a məğlub oldu. Hansı hisslər keçirirsən?
Məğlub olacağımızı gözləmirdim. Ümumiyyətlə qarşılaşma heç-heçəyə gedirdi, əsas oyun mərkəzdə keçirdi. Qapılar qarşısında çox az təhlükə yaranırdı. Son dəqiqələrdə rəqib müdafiə olunurdu. Lakin hesab edirəm ki, biz heç olmasa bir xala layiq idik.
 
Arbanası qolu zamanı siz işarə edirdiniz ki, top qapı xəttini keçməmişdi.
Mən sadəcə topun xətti keçməyini görmədim. Oyundan sonra mənə dedilər ki, orada hər şey təmiz idi. Hətta təmiz olmasa belə, indi bu barədə danışmağın nə faydası var?
 
Cavab qolu vurmağa da "Qarabağ"-ın vaxtı çatmadı?
Hücumlarımız alınmırdı. Forvardlar çalışırdı, lakin nəticəsiz. Düşünürəm ki, hücum o qədər də yaxşı durumda deyil idi. Daha yaxşı oynamaq lazımdır – bu hər birimizə aiddir.
 
Matçdan sonra Qurban Qurbanov Vüqar Nadirovu tənqid etdi.
Komanda məğlub olanda, deməli hamımız günahkarıq. Bizim hər birimiz səhvə yol verdi, məhz buna görə də məğlub olduq.
 
Ümumiyyətlə "Qarabağ"-la nə baş verir?
Ümumiyyətlə bizim futbolçularımız çatışmır. Meydanda həm Əfran İsmayılovun, həm Maksim Medvedevin yeri görünür. Onlar bir birini yaxşı başa düşür. Buna görə də onlar bu görüşdə iştirak etsəydi, "Qarabağ" məğlub olmazdı.
 
Bu görüş həmçinin Azərbaycan yığmasının iki qapıçısı – sizin və Kamran Ağayevin qarşıdurması da oldu. Belə çıxırki, qələbə Kamranın oldu?
Qalib onun komandası oldu və bununla bağlı Kamranı oyundan dərhal sonra təbrik etdim. Meydandan kənar biz dostuq.
 
XL ilə oyundan sonra Qurban Qurbanov nə dedi?
O dedi ki, bu sayda səhv bir oyun ərzində buraxmamaq olmaz. Buna görə də özümüzə gəlməliyik. Qurbanov qeyd etdi ki, qarşıdaki oyunlarda belə nöqsanlar təkrarlanmamalıdı. Bizim başqa çıxış yolumuz yoxdur – hazırda olan heyətlə qələbə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.