5 noyabr 2010 00:23
Qarabağ MOİK`lə oyuna "yaralı" gəlir
Sabah Azərbaycan çempionatının ikinci dövrəsinin start turunda "Qarabağ" MOİK-i qəbul edəcək. Azerisport.az ağdamlıların rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"-ın 5 futbolçunun meydana çıxmayacağı dəqiqdir. Əfran İsmayılov, Samir Abbasov trenajor zalında, Andrey Rubins və Emin İmaməliyev isə fərdi məşqlə kifayətlənir. Maksim Medvedevin isə məcburi istirahəti davam edir.
Xatırladaq ki, tərəflər arasında ilk dövrədə baş tutan görüşdə Ağdam təmsilçisi Adamiyanın qolu ilə 1:0 hesablı qələbə qazanmışdı.
