5 noyabr 2010 00:32
"Kriştianu Ronaldudan üstün ola biləcəm"
İngiltərənin "Manchester United" klubunun yarımmüdaifəçisi Nani əmindir ki, o uzun müddət ərzində komandanın lideri olacaq. Azerisport.az xəbər verir ki, portuqaliyalı ulduzun bildirdiyinə görə, o mankunianların heyətində hər şeydən razıdır.
"MU"-nun ən yaxşı oyunçularında biri olmaq istəyirəm. Məqsədim odur ki, hər kəs desin: Nani – top-səviyyəli futbolçudur. Ola bilsin ki, bəziləri artıq indi bunu deyir. Bu məni yalnız sevindirə bilər. Ümid edirəm ki, "ManUnited"-də Kriştianu Ronaldudan üstün ola biləcəm"
Mənbə: The Daily Mail
