5 noyabr 2010 12:44
Qurban Qurbanov: Liderlər qrupundan geridə qalmamalıyıq
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ölkə çempionatı çərçivəsində MOİK-lə keçiriləcək oyunn barəsində öz fikirlərini bildirdi. "MOİK üzərində qələbə bizim üçün çox vacibdir. Turnir cədvəli bizi üç xal qazanmağa vadar edir. Əgər liderlər qrupundan geridə qalmaq istəmiriksə, o zaman qalib gəlməliyik. Təbii ki, heyətimizdə olan müəyyən çətinliklər özümüzü tam gücdə göstərməyə maneçilik törədir. Amma ümid edirəm ki, MOİK-lə görüşdə bu problem öz sözünü deməməlidi", - Qurbanov dedi.
