6 noyabr 2010 18:37
Arif Əsədov: O qədər də yaxşı oynamadıq
Azərbyacanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov ölkə çempionatının 12-ci turu çərçivəsində "İnter"-lə oyun haqqında (1:1) öz fikirlərini bildirdi.
"İlk yarıda oyunumuz alınmadı. Meydanın mərkəzini ələ keçirmək üçün taktikamızı dəyişiməli olduq. Şadam ki, hesabı bərabərləşdirə bildim. Hərdən belə şeylər baş verir. O qədər də yaxşı oynamadıq, buna görə də heç-heçə bizi qane etdi", - azerisport.az xəbər verir ki, bunu Əsədov dedi.
