6 noyabr 2010 19:19
"Neftçi ilə oyundan sonra çempionluq uğrunda yarışdan qopmamışıq"
Azərbyacanın "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze ölkə çempionatının 12-ci turu çərçivəsində "Neftçi" ilə oyun haqqında (1:1) öz fikirlərini bildirdi. "İlk növbədə azarkeşləri bu cür gözəl və baxımlı oyuna görə təbrik edirəm. Hesabı biz açdıq, oyunu əks-hücumlar üzərində qurmuşduq. Təəssüf ki, bu epizodların hamısından istifadə edə bilmədik. Qoldan sonra müdafiəyə çəkildik, bu da "Neftçi"-yə üstünlük verdi. Fikrimcə, bu nəticədən sonra çempionluq uğrunda yarışdan qopmamışıq, sonadək mübarizə aparacağıq", - azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, bunu Sxadadze dedi.
