6 noyabr 2010 00:05
Nazim Süleymanov: Haciyevski öz təcrübəsiz yetirmələrinə çox şey öyrətdi
Azərbaycanın AZAL klubunun baş məşqçisi Nazim Süleymanov ölkə çempionatının 12-ci turu çərçivəsində "Simurq"-la keçiriləcək oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Bu ikinci dövrənin ilk oyunudur. Birinci dövrədə biz "Simurq"-la qarşılaşmışdıq və bilirik ki, onlara qarşı oynamaq çətindir. Rəqib mövsümün əvvəlindən fərqli olaraq daha yaxşı oynamağa başladı. Haciyevski artıq öz təcrübəsiz yetirmələrinə çox şey öyrətdi. "Simurq" sona qədər mübarizə aparır və bu həmişə rəqibin məqsədlərini çətinləşdirir. Onlarla tam 90 dəqiqə mübarizə aparmağa hazırıq və üç xalı qazanmaq istəyirik", - Süleymanov dedi.
