6 noyabr 2010 00:12
Qarabağ`dan "ikili futbol" – 12-ci turun ilk oyunun icmalı
Bu gün Azərbaycan Premyer-liqasının ikinci dövrənin açılış oyunu baş tutdu. Azerisport.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu MOİK-lə qarşılaşaraq, onu darmadağın etdi.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun qeyd etdiyi kimi, oyunda iki təmamiylə fərqli hissə oldu. Düzdür nə birinci, nə də ki ikinci hissədə azərkeşlər super bir oyunun şahidi olmadı. Ümumiyyətlə azərkeş məsələsi başqa mövzunun söhbəti, amma çox məyus edici haldır ki, 30 minə yaxın azərkeş tutumuna malik Tofik Bəhramov adına stadionda cəmi 200 nəfər (bəlkə bundan da az) tamaşaçı var idi. Ola bilsin ki məhz bu səbəbə görə də futbolçular o qədər baxımlı oyun sərgiləmədi. Bütövlükdə "Qarabağ"-ın ikinci yarıda göstərdiyi oyun narahatlıq doğurur. Demək olar ki, hər ikinci ötürmə "brak" idi. Adətən kiçik sahədə qısa ötürmələr və sürət sayəsində təhlükəli hücum quran "Qarabağ" MOİK-lə oyunun ikinci hissəsində düzgün ötürmə nə olduğunu təmamiylə yaddan çıxartmışdı. Bir tərəfdən ağdamlıların rahatlaşmasını başa düşmək olar: artıq birinci hissədə Qiorqi Adamiya və Rauf Əliyev hesabı 2:0 etmişdi, ikinci yarının əvvəlində isə yenidən Əliyev hesabı 3:0 çatdırmışdır. Lakin digər tərəfdən çempionluğa və ya yüksək pillələrə oynayan komanda bu cür oyun nümayiş etdirməməlidir. Hətta hesab 3:0 olsa belə.
MOİK`ə gəldikdə isə, bu dəfə komanda mübarizə aparmağa çalışırdı. Burada əsas vurğu "çalışırdı" sözündə. Çünki "hərbiçilərin" bütün əzmkarlıq, səylərinə baxmayaraq, açıq-aşkar görünür ki, onlara həm təcrübə, həm ustalıq çatışrmırdı. Əminliklə söyləmək olar ki, əgər MOİK-in yerində başqa bir klub olsa idi, ağdamlıların ikinci yarıdaki bərbad oyunu "Qarabağ" üçün çox pis nəticələnəcəkdi.
Maraqlıdır ki, "Qarabağ" bu oyunda 5:0 hesabı ilə qalib gələ bilsə idi o zaman dördüncü pilləyə sahib ola bilərdi. Düzdü bu pilləni komanda AZAL ilə bölüşdürür. Hər iki komandanın aktivində 21 xal var. Lakin "təyyarəçilərin" oyunu sabah baş tutacaq. Və əgər Nazim Süleymanovun komandası qalib gəlsə, "Qarabağ" 5-ci pillənin yeganə sahibi olacaq.
QARABAĞ – MOİK – 3:0
Qollar: Adamiya (17), Əliyev (44, 48)
Sabah isə turun qalan beş oyunu keçiriləcək:
14:00 QƏBƏLƏ – XƏZƏR-LƏNKƏRAN
14:00 MUĞAN – TURAN
14:00 SİMURQ – AZAL
14:00 GƏNCƏ – BAKI
16:00 NEFTÇİ – İNTER
Turnir cədvəli:
|
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
TF
|
X
|
|
1
|
Neftçi
|
11
|
8
|
2
|
1
|
25-6
|
26
|
|
2
|
XL
|
11
|
7
|
3
|
1
|
13-5
|
24
|
|
3
|
İnter
|
11
|
7
|
1
|
3
|
9-8
|
22
|
|
4
|
AZAL
|
11
|
6
|
3
|
2
|
16-6
|
21
|
|
5
|
Qarabağ
|
12
|
5
|
3
|
3
|
15-7
|
21
|
|
6
|
Gəncə
|
11
|
3
|
6
|
2
|
17-15
|
15
|
|
7
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
8-7
|
15
|
|
8
|
Bakı
|
11
|
3
|
3
|
5
|
12-15
|
12
|
|
9
|
Muğan
|
11
|
2
|
4
|
5
|
6-11
|
10
|
|
10
|
Turan
|
11
|
1
|
4
|
6
|
9-17
|
7
|
|
11
|
Simurq
|
11
|
1
|
3
|
7
|
9-19
|
6
|
|
12
|
MOİK
|
12
|
1
|
1
|
9
|
4-27
|
4
|
Bombardirlər:
12 – Nəsimov (Neftçi)
7 – Yuşka (AZAL)
6 – Junivan (Gəncə), Adamiya (Qarabağ)
5 – B.Sxadadze (Simurq)
