6 noyabr 2010 00:25
Galatasaray Milan`ın braziliyalı ulduzunu heyətinə qatmaq istəyir
İstanbul nəhəngi "Galatasaray" şok transfer gerçəkləşdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, "Cim Bom"un hədəfi "Milan"-ın braziliyalı ulduzu Ronaldinyodur. Türkiyənin "Fanatik" saytının məlumatına görə, transfer qiyməti təxminən 10 milyon avro olan Ronaldinyonu heyətinə qatmaq istəyən "Galatasaray"-ın baş məşqçisi Qeorqe Haci artıq yarımmüdafiəçinin menecerilə əlaqə yaradıb. Məlumata görə, kluba lider oyunçu axtaran Haci bu işin məhz Ronaldinyoya həvalə olunmasını istəyir.
Mənbə: Milli.Az
