7 noyabr 2010 00:11
Lidelərin xal itkisi və ya Məğlub olanların qisası – 12-ci turun icmalı
Bu gün Azərbaycan çempionatının 12-ci turun son oyunları keçirildi. Azerisport.az xəbər verir ki, "Qəbələ" öz meydanında "Xəzər-Lənkəran"-a qalib gəldi, "Neftçi" isə "İnter"-lə xal bölməli oldu.
Qəbələdə keçən oyun olduqca gərgin və maraqlı alındı. Artıq ilk dəqiqələrdən komandalar göstərdilər ki, qələbə lazımdır. "Qəbələ"-nin oyunu sevindirmiyə bilməz. Təbii ki, hər şey ideal deyil, lakin oyundan oyuna artıran Toni Adamsın komandası bu görüşdə taktiki cəhətdən çox gözəl təsir bağışladı. Demək olar ki, görüş ərzində XL rəqib qapısı qarşısında təhlükə yaratmayıb. Yalnız bir məqamda Mirça Rednikin yetirmələri bu oyunda qol vurmağa çox yaxın idi. Digər epizodlarda isə, xüsusən də ikinci yarıda, qəbələlilər müdafiədə etibar idilər. Lənkəranlılar haqqında isə yalnız bir şey söyləmək olar – bu gün onların günü deyil idi. Bütövlükdə heç də pis oyun sərgiləməyən XL-ın futbolçuları həlledici zərbə məqamında problemlərlə üzləşirdi. Sadə dillə desək, top qapıya girmək istəmirdi. Oyun özü isə Lyubo Baranin 34-cü dəqiqədə vurduğu qol sayəsində "Qəbələ"-nin xeyirinə bitdi – 1:0.
Bakıda isə daha bir paytaxt derbisi keçirildi: "Neftçi" "İnter"-lə qarşılaşdı. Xatırladaq ki, bu komandalar arasında birinci dövrədə baş tutan oyun 2:0 hesabı ilə "Neftçi"-nin xeyirinə başa çatmışdı. Lakin bu dəfə hər şey əksinə alına bilərdi. Oyunu heç də pis başlamayan Arif Əsədovun yetirmələri hardasa 30-cu dəqiqədən sonra öz futbolunu sanki itirdilər. "İnter" isə əksinə ardıcıl bir neçə hücum keçirməyə müvəffəq oldu. "Neftçi"-nin müdafiəsinə əsəs narahtlıq gətirən iki oyunçu var idi – Robertas Poşkus və keçmiş "neftçi" Dmitri Kruqlov. Dəhşətli vəziyyətdə olan meydanda keçən oyun ilk 45 dəqiqə ərzində tamaşaçılara qol bağışlamadı. İkinci hissəni komandalar daha fəal başladı. Amma görünürdü ki, "İnter" hesabı açmağa daha yaxın idi. Əvvəlcə Poşkus 100-faizlik qol vəziyyətindən yaralana bilmədi, sonradan isə Petar Zlatinovun başla endirdiyi zərbəsini ikinci hissədə meydana çıxan Rauf Mehdiyev inanılmaz reaksiya göstərərək "Neftçi"-ni qoldan xilas etdi. Lakin Zlatinov təslim olmaq istəmədi və artıq növbəti hücum zamanı hesabı aça bildi – 0:1 və "Neftçi" gözləmədiyi vəziyyətdə qalır. Bu 61-ci dəqiqədə baş verdi. Qoldan sonra "neftçilər" dərhal hücuma atıldı, amma Qiorqi Lomayanın inamlı oyunu qolun qarşısını aldı. "Bankirlər" isə bu məqamdan sonra rəqibə onların qapısına yaxınlaşmağa imkan vermirdi. 84-cü dəqiqəyə qədər. Belçikalı ulduz Emil Mpenza standart vəziyyətdən endirdiyi gözəl zərbədən sonra hesabı bərabərləşdirməyə müvəffəq olur – 1:1. Qalan 6+3 dəqiqə ərzində hər iki komanda hərəyə daha bir dəfə də fərqlənə bilərdi. Lakin hesab sona qədər dəyişmədi. Ümumiyyətlə komandaların göstərdiyi oyun barəsində nəsə demək çətindir. Bir tərəfdən söyləmək olar ki, "İnter" bu oyunda "Neftçi"-dən bir az üstün idi. Amma digər tərəfdən ola bilsin ki, "Neftçi" göstərdiyi zəif oyunu ilə "İnter"-ə öz futbolunu diktə etməyə imkan verdi. Elə bu baxımdan da heç-heçəni ədalətli nəticə saymaq olar. Demək olar ki, həm "Qəbələ", həm "İnter" öz rəqiblərində ilk oyundaki məğlubiyyətə görə qisas aldı.
Gəncədə isə yerli komanda "Bakı"-nı qəbul edirdi. XL üzərində qələbəni xoş hisslərlə yada salan gəncləlilər bu dəfə də komandasında hədiyə gözləyirdi. Həmçinin, rəqib də son vaxtlar axsayan oyun göstərən "Bakı" idi. Görüş başlayandan artıq düşünmək olardı ki, XL-ın taleyi təkrarlana bilər. Təxminən 10-cu dəqiqədə Allahquliyev qol vurur, ancaq hakim oyundan kənar vəziyyətini qeyd alaraq, onu hesaba almır. Lakin cəmi bir neçə dəqiqədən sonra "Bakı"-nın müdafiəçiləri cərimə meydançasında qaydanı pozur və baş hakim 11-metrəlik nöqtəyə işarə edir. Topa yaxınlaşan Ceyhun Sultanov öz tapşırığını əla yerinə yetirir – 1:0. Və artıq "Gəncə"-nin azərkeşləri qol yağmurunu gözləyən anda Adnan Bərəkət gözlənilmədən hesabı bərabərləşdiri – 1:1. Gəncəlilərin sevinci cəmi dörd dəqiqə sürdü. Bu qoldan sonra hər komandanın qapı qarşısında təhlükə yalnız bir dəfə yarandı. İlk öncə Allahquliyev sonra isə Bərəkət növbəti dəfə bəxtini sınadı. İkinci yarı isə hər iki komandanın hücumları ilə başladı. Lakin təhlükəli vəziyyətlərin yaranmasına çatmırdı. Belə vəziyyət oyunun 72-ci dəqiqəsinə qədər davam edirdi. Bundan sonra isə Roşa da Silvanın iki qolu gəldi. Bunun üçün futbolçuya cəmi üç dəqiqə bəs etdi. Amma gəncəlilər məğlubiyyəti qəbul etmək barəsində düşünmürdü və hücum etməyə çalışırdı. Buna baxmayaraq oyun 1:3 hesabı ilə Vinfrid Şeferin komandasının xeyirinə başa çatdı. Ümumiyyətlə "Bakı"-nın bu dəfəki oyununu təhlil etmək bir az düzgün olmazdı. Əgər növbəti qarşılaşmada da paytaxt təmsilçisi yaxşı oyun sərgiləyərək, qələbə qazan bilsə - o zaman artıq nəinsə dəyişdiyindən danışmaq olar. "Gəncə" isə bu dəfə sürpriz bağışlaya bilmədi. Görünür bu dəfə həm bəxt, həm də azacıq ustalıq çatışmadı
Bakıda isə "Simurq" liderlərə yavaş-yavaş, bir növ "görünməyən casus" kimi yaxınlaşan AZAL-ı qəbul etdi. İlk dəqiqələr meydan sahiblərinin üstünlüyü ilə keçsə də, oyunda hesabı açan tərəf AZAL oldu. 29-cu dəqiqədə Benuai hesabı açır – 0:1. Qoldan sonra Zaqatala təmsilçisi daha da fəallaşdı. Lakin hesabı bərabərləşdirə bilmədi. Belə demək olarsa, "Simurq" istəyirdi, AZAL imkan vermirdi. Nəticədə Nazim Süleymanovun komandası növbəti qələbəsini qazanaraq "İnter"-i 3-cü pillədən sıxışdıra bildi və ikinci gedən XL ilə birlikdə 24 xala malikdir.
Salyanda isə "Muğan" "Turan"-la qarşılaşaraq, bir birilərinə xal bağışladı – 0:0.
NEFTÇİ – İNTER - 1:1
Qollar: Mpenza (84) – Zlatinov (61)
QƏBƏLƏ – XƏZƏR-LƏNKƏRAN - 1:0
Qol: Baranin (34)
MUĞAN – TURAN - 0:0
SİMURQ – AZAL - 0:1
Qol: Benuai (29)
GƏNCƏ – BAKI - 1:3
Qollar: C.Sultanov (14) – Bərəkət (18), Roşa da Silva (72, 75)
Dünən isə "Qarabağ" MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.
Turnir cədvəli:
|
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
TF
|
X
|
|
1
|
Neftçi
|
12
|
8
|
3
|
1
|
26-7
|
27
|
|
2
|
XL
|
12
|
7
|
3
|
2
|
13-6
|
24
|
|
3
|
AZAL
|
12
|
7
|
3
|
2
|
17-6
|
24
|
|
4
|
İnter
|
12
|
7
|
2
|
3
|
10-9
|
23
|
|
5
|
Qarabağ
|
12
|
6
|
3
|
3
|
15-7
|
21
|
|
6
|
Qəbələ
|
12
|
5
|
3
|
4
|
9-7
|
18
|
|
7
|
Bakı
|
12
|
4
|
3
|
5
|
15-16
|
15
|
|
8
|
Gəncə
|
12
|
3
|
6
|
3
|
18-18
|
15
|
|
9
|
Muğan
|
12
|
2
|
5
|
5
|
6-11
|
11
|
|
10
|
Turan
|
12
|
1
|
5
|
6
|
9-17
|
8
|
|
11
|
Simurq
|
12
|
1
|
3
|
8
|
9-20
|
6
|
|
12
|
MOİK
|
12
|
1
|
1
|
10
|
4-27
|
4
|
