7 noyabr 2010 12:48
Rəşad Abdullayev: Müdafiəmizdə problem yox idi
Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev ölkə çempionatının 12-ci turu çərçivəsində "İnter"-lə keçirilmiş oyun haqqında (1:1) azerisport.az saytına öz fikirlərini bildirdi. "Müdafiədə problem yox idi. Sadəcə "İnter" bizi yaxşı təhlil edib. Erkən qol vurmaq istəyirdi. Biz isə hər oyunda beş-altı qol vura bilmərik axı. Özünüz gördünüz ki, vurmaq üçün şanslarımız var idi", - Abdullayev dedi.
