8 noyabr 2010 13:05
Rəşad ABDULLAYEV: Biz hər oyunda beş-altı qol vura bilmərik axı
Bakının "Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibə verdi.
"İnter"-lə oyundan əvvəl siz artıq bilirdiniz ki, "Xəzər-Lənkəran" Qəbələdə məğlub oldu və siz yenədə bundan faydalana bilmədiz.
İlk öncə deyim ki, mən bilirdim ki XL-a Qəbələdə çətin olacaq. Buna görə də nəticəyə təəccüblənmədim. Onlar, deyəsən, "Qarabağ"-ı da evdə məğlub etmişdi. Əlbətdə, bu nəticə bizi "İnter"-ə qalib gəlməyə vadar etməli idi. Ancaq alınmadı. Lakin mən əminəm ki, bu cür fürsət yenə olacaq.
İlk yarıda "Neftçi"-nin müdafiədəki nöqsanları aşkarlandı, elə düşünmürsünüz ki?
Müdafiədə problem yox idi. Sadəcə "İnter" bizi yaxşı təhlil edib. Erkən qol vurmaq istəyirdi.
Lakin digər tərəfdən "Neftçi" hücumda da o qədər güclü deyil idi.
Biz hər oyunda beş-altı qol vura bilmərik axı. Özünüz gördünüz ki, vurmaq üçün şanslarımız var idi.
Bu heç-heçə – bir xalın qazanılması yoxsa iki xalın itkisi idi?
İlk variant mənim daha çox xoşuma gəlir, çünki hər iki komanda qələbə qazanmaq istəyirdi və bunun üçün əlindən gələn hər şeyi etdi.
Gözləyirdiniz ki, Mpenza cərimə zərbəsindən qol vuracaq?
Komandamızda bunu bacaranlar var. Bu dəfə Mpenza özü vurmağa istədi. O sanki əmin idi ki, qol vuracaq. Nəticə gözəl qol alındı. Hesab edirəm ki, o ikinci qolu da vura bilərdi. Hesab edirəm ki, heç-heçə əla nəticədi.
Hazırda siz XL və AZAL-dan üç xal irəlidəsiniz.
Hər şey dəyişə bilər. Hələ çempionatın üçdə bir hissəsi keçib. Üç xal o qədər də çox deyil, lakin iki xaldan daha yaxşıdır.
Növbəti görüşdə sizi Salyanda oyun gözləyir.
Bu rəqib evdə yaxşı oynayır. Buna görə də çox çətin səfərə hazır olmalıyıq. Premyer-liqada asan oyun qalmayıb.
