8 noyabr 2010 14:04
Futbol əfsanəsi İranın yeni baş məşqçisi ola bilər
Əfsanəvi Argentina futbolçusu Diyeqo Maradona İran yığmasına başçılıq edə bilər. Azerisport.az İran mətbuatına istinadən xəbər verir ki, İran Futbol Federasiyasının (FFIRI) prezidenti Əli Kaffaşian yaxın vaxtlarda Argentina yığmasının sabiq baş məşqçisinin agenti ilə görüşməlidir.
Tərəflərdən heç biri danışıqlar faktını rəsmən təsdiq etməsə də, Maradonanın özü bu il keçirilən dünya futbol çempionatından əvvəl İrana getmək niyyətini açıqlamışdı. Maradonanın başçılığı ilə Argentina yığması bu çempionatda 1/4 final mərhələsinə yüksələ bilmiş, həmin mərhələdə 0:4 hesabı ilə Almaniya yığmasına uduzmuşdu.
Maradona öz futbolkasını İran prezidenti Mahmud Əhmədinejata hədiyyə göndərib.
Maradona öz futbolkasını İran prezidenti Mahmud Əhmədinejata hədiyyə göndərib.
Mənbə: Milli.Az
