8 noyabr 2010 14:29
Juventus "Qızıl top"un sahibini almaq istəyir
İtaliyanın "Juventus" klubu İspaniyanın "Atletico" komandasının uruqvaylı hücumçusu Diyqeo Forlanın keçidi ilə bağlı məsələsini artıq bu həftə həll etmək niyyətindədi. Azerisport.az xəbər verir ki, bu məqsədlə turinlilərin baş meneceri Beppe Mariotta Madridə yollandı. "Qızıl top"un sahibi artıq bir neçə dəfə bəyan edib ki, əgər ona layiqli təklif verilsə Madrid klubunu tərk edə bilər. Qeyd edilir ki, ehtimal olunduğuna görə müqavilənin baş tutması realdı, çünki klublar arasında dostluq münasibəti mövcuddur.
Mənbə: Rai Sport
