8 noyabr 2010 15:30
Azərkeşlər əşyalardan bezib, meydana toyuğu atdılar (VİDEO)
Portuqaliya çempionatının "Porto" – "Benfica" oyununda xoşa gəlməz insident baş verdi. Azerosport.az xəbər verir ki, ev sahiblərinin azərkeşləri əvvəlcə "Benfica"-nın cərimə meydançasına qolf oyunu üçün toplar atırdı, epizodların birində isə diri toyuğu buraxdılar. Stadionun əməkdaşları bir neçə dəqiqə ərzində yazıq toyuğu tuta bilmird, lakin nəticədə quş stadiondan kənarlaşdırıldı. Yeri gəlmişkən, oyun 5:0 hesabı ilə "Porto"-nun xeyirinə başa çatdı.
