8 noyabr 2010 16:40
XL-ın forvardı beyin sarsıntısını aldı
Azərbaycanın 12-ci turu çərçivəsində "Qəbələ" və "Xəzər-Lənkəran" arasında keçirilmiş oyunda (1:0) qonaq komandanın forvardı Uinston Parks başından zədə aldı. Azerisport.az xəbər verir ki, Lyubo Baraninlə toqquşmadan sonra tibbi müayinə Parksda beyin sarsıntısını aşkar etdi. Xatırladaq ki, hücumçu hələ ilk yarıda əvəzlənmişdi. Gözlənilir ki, Parks 13-cü turda "Simurq"-la keçiriləcək oyunu buraxmalı olacaq.
