8 noyabr 2010 17:15
Subaşiç millinin heyətindən kənarlaşdırıldı
Azərbaycan milli komandasının bu gün başlayan və noyabrın 11-də yekunlaşacaq təlim-məşq toplanışında "Qəbələ" klubunun hücumçusu Branimir Subaşiç iştirak etməyəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Subaşiçin ölkə çempionatının 12-ci turu çərçivəsində keçirilmiş "Qəbələ" – "Xəzər-Lənkəran" oyununda zədələnməsidir.
