8 noyabr 2010 17:58
"Bu cür oyunlardan sonra psixoloji baxımından dincəlmək lazımdı"
Türkiyənin "Eskişehirspor" klubunun azərbaycanlı müdafiəçisi Rəşad Sadıqov Supreliqada "Fenerbahçe" ilə keçirilmiş oyun haqqında (2:4) azerisport.az saytına öz fikirlərini bildirdi. "Bu oyun bizim üçün həddən dərəcə çətin idi. İlk yarıda zəif oynadıq, üç top buraxdıq. İkinci hissədə isə irəliyə getdik və hətta daha bir qol da vura bildik. Lakin dördüncü topdan sonra söyləmək olar ki oyun bitdi. Bunda sonra aydın oldu ki, məğlubiyyətdən yaxa qurtara bilməyəcəyik", - Sadıqov dedi.
Onun sözlərinə görə, komanda dörd qol buraxırsa, deməli zəif oynadı: "Etiraf etmək lazımdır ki, "Fenerbahçe" daha güclü idi. Görüşün təkrarına baxmamışam. Açığı deyim ki, bu cür oyunlardan sonra psixoloji baxımından bir-iki gün dincəlmək lazımdı. Axı qarşıda bizi "Antalyaspor"-la ağır oyun gözləyir".
