8 noyabr 2010 12:10
Foqts əsas heyətə daha bir futbolçunu çağırdı
Xəbər verildiyi kimi, noyabrın 8-dən 11-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, daha əvvəl millinin hazırlıq prosesinə ehtiyat heyətin oyunçusu kimi dəvət olunmuş Bakının "İnter" klubunun müdafiəçisi Volodimir Levin baş məşqçi Berti Foqts tərəfindən əsas heyətə çağırılıb. Xatırladaq ki, toplanış millimizin noyabrın 17-də Podqorise şəhərində Çernoqoriya yığması ilə keçiriləcək oyuna hazırlıq məqsədini daşıyır.
