8 noyabr 2010 00:27
Milan "Kral klubu"nun yarımmüdafiəçisini hədəfə alıb
İtaliyanın "Milan" klubu İspaniyanın "Real" komandasının dayaq yarımmüdafiəçisi Lassana Diarra ilə maraqlanır. Azerisport.az xəbər verir ki, 25-yaşlı futbolçu ilə bağlı "rossoneri" Madrid təmsilçisi ilə danışığları bu komandalar arasında Çempionlar Liqası çərçivəsində keçirilmiş qarşılaşma zamanı aparıb. Həmçinin futbolçu ilə "Manchester United", "Liverpool" və "Tottenham" də maraqlanır.
Mənbə: Itasportpress
