8 noyabr 2010 12:38
"Üç xalı həm MOİK, həm "Xəzər-Lənkəran"-la oyunda da verirlər"
Azərbaycanın "Qarabağ" futbol klubunun hücumçusu Rauf Əliyev ölkə çempionatının 12-ci turun çərçivəsində MOİK-lə keçirilmiş oyun barəsində (3:0) azerisport.az saytına öz fikirlərini bildirdi. "Əsəs hədəfimiz qələbə idi. Üç xalı həm MOİK, həm "Xəzər-Lənkəran"-la oyunda da verirlər. Məğlubiyyətdən sonra çox vacibdir ki, tez toparlanaq və ilk görüşdə də qalib gəlmək lazımdır", - Əliyev dedi.
Onun sözlərinə görə, ilk yarıda komanda bütün gücünü ortaya qoydu: "Lakin ikinci yarıda hər şey dəyişdi. Ola bilsin ki, nəticə bizi sakitləşdirdi. Amma artıq başqa oyun idi. Yəgin doğrudan da sakitləşdik".
