9 noyabr 2010 13:24
AFFA komanda yoldaşını təhqir edən futbolçunu cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirildi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, "Bakı" ilə oyunda "Gəncə" klubunun azərkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olundu.
Həmçinin qeyri-adi hərəkətə görə "Qəbələ" klubunun oyunçusu cəzalandırıldı. Əvəzedici heyətinin futbolçusu Fərid Haqverdiyev "Xəzər-Lənkəran" ilə oyunda komanda yoldaşını təhqir etdiyinə görə (!) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı. Bu hərəkətə görə futbolçu 3 oyunluq cəza aldı, klubu isə 1000 manat cərimə olundu.
