9 noyabr 2010 14:02
AFFA XL-ın futbolçusunu bağışladı
AFFA İntizam Komitəsi "Xəzər-Lənkəran" klubunun futbolçusu Elnur Allahverdiyevi bağışlamağa qərar verdi. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi və "Qəbələ" klubunun azarkeşləri arasında oyun boyu qısa dialoqlar baş vermişdir. Lakin XL və futbolçu baş vermiş hadisəyə görə "Qəbələ" azarkeşlərindən üzr istəmişdir. Yuxarıda göstərilənləri və Elnur Allahverdiyevin baş vermiş hadisədən peşman olduğunu nəzərə alaraq futbolçuya ciddi xəbərdarlıq edilir. Analoji hadisə futbolçu tərəfindən təkrarlanacağı təqdirdə ona qarşı daha ciddi intizam sanksiyası tətbiq ediləcəkdir.
