9 noyabr 2010 14:48

Elvin BEÇİRİ: Bütün oyunları bir səviyyədə keçirə bilmərik

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun müdafiəçisi Elvin Beçiri azerisport.az saytına müsahibə verdi.

XL-ın "Qəbələ"-yə məğlub olacağını demək olar ki heç kəs gözləmirdi.
Axı biz qələbə qazanmaq istəyirdik. Qol vurmaq imkanlarımız var idi, lakin onlardan istifadə etmədik. Bir səhv buraxdıq və nəticədə qapımızda qol gördük. Elə alındı ki, məhz bu qol həlledici oldu. Ancaq bu məğlubiyyətə baxmayaraq, "Qəbələ" ilə oyunu yaddan çıxartmaq lazımdır ki, qarşıdaki oyunlara hazırlaşaq.
 
Amma etiraf etməlisiniz ki, bütövlükdə komanda uğursuz oyun keçirdi.
Bu belədir, o qədər də yaxşı oynamadıq. Digər tərəfdən isə, "Qəbələ"-nin oyununu qeyd etmək lazımdır. İkinci yarıda rəqib müdafiə futboluna üstünlük verdi. Bu da öz növbəsində bizim işimizi çətinləşdirdi.
 
Çətin ki bu mövsümün liderlərindən biri olan komanda üçün yaxşı bəhanə olsun.
Bu bir il ərzində keçirilən çempionatdı. Bütün oyunları bir səviyyədə keçirə bilmərik. Digər tərəfdən qarşımıza heç də zəif olmayan və öz məqsədlərini həyata keçirmək istəyən rəqib var. Biz qarşı bütün komandalar daha diqqətli oynayır.
 
İlk 7 turda lənkəranlılar öz qapılarında bir dəfə də olsun qol görməyib. Lakin sonraki beş oyunda XL hətta altı top buraxdı.
İlk öncə deyim ki, bu qollardan dördünü bizim üçün uğursuz alınan "Gəncə" ilə oyunda buraxdıq. Bunu nəzərə almasaq, cəmi iki top buraxmışıq. Bu isə heç də dəhşətli göstərici deyil. Digər tərəfdən, biz bundan sonra da qol buraxacayıq. Axı futbolda bu təbii prosesdir. Əsas odur ki, müntəzəm olaraq xal toplayaq. Və həmçinin qol buraxılanda müdafiəni günahladırmaq məsləhət görmürəm. Çünki bu halda hamı günahkardı.
 
Yeri gəlmişkən, "Qəbələ" ilə oyunda komandanın hücum xəttində problemlər müşahidə olunurdu.
Bu demək deyil biz bununla barışmalıyıq. Əgər forvardlar qol vura bilmirsə, o zaman yarımmüdafiəçi və müdafiəçilər çalışmalıdır.
 
"Neftçi"-nin isə XL ilə xal fərqi 3 artdı.
"Neftçi" – "İnter" oyunundaki heç-heçə (1:1) bizim xeyirimizə oldu. Əgər "bankirlər" qalib gəlsə idi, biz 3-cü yerə düşəcəydik. Qələbə "Neftçi"-nin olsaydı, o zaman aramızdaki xal fərqi beşə çatacaqdı. Üç xal – kiçik fərqdir. Bizim bir qələbəmiz və rəqibin bir məğlubiyyəti hər şeyi dəyişdirə bilər. Mübarizə davam edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.