9 noyabr 2010 15:32
Vandallar AVRO-2012-nin simvolunu pis vəziyyətə salıb (FOTO)
Bu yaxınlarda Ukraynanın Donetsk şəhərində AVRO-2012-nin Polşa ilə birgə təşkil olunması ilə bağlı abidə quraşdırılıb. Azerisport.az xəbər verir ki, həmin simvol xuliqanlar tərəfindən təmamiylə korlanıb. Postament üzərində quraşdırılmış hərəkət emtəli olan top marker, dodaq boyası, iti əşyalarla təmamiylə pis vəziyyətə salınıb və top artıq hərəkət etmir.
Xatırladaq ki, AVRO-2012-nin final oyunları Polşa və Ukrayna ərazisində keçiriləcək.
Mənbə: Football.ua
