9 noyabr 2010 16:09
Fenerbahçe İsveç yığmasının forvardını almaq istəyir
Türkiyənin "Fenerbahçe" və Rusiyanın "Spartak" (Moskva) klubları İngiltərənin "Bolton" komandasının forvardı Yuxan Elmander transfer etmək uğrunda mübarizə aparır. Azerisport.az xəbər verir ki, 29-yaşlı isveçli futbolçunun müqavilə müddəti gələn ilin yayında bitəcək. Həmin müqavilə bir şərtlə uzadıla bilər - əgər Elmander maaşının azaldılmasına razı olsa. Əks halda o yanvar ayında transferə çıxarılacaq. Futbolçunun təxmini qiyməti 3 milyon funt sterlinqdi.
Mənbə: The Daily Mİrror
