9 noyabr 2010 16:31
İndzaqi Milan`ı tərk edəcəyini bildirir
İtaliyanın "Milan" klubunun hücumçusu Filippo İndzaqi komandanı yanvarda tərk edəcəyini istisna etmədi. Azerisport.az xəbər verir ki, futbolçu son vaxtlar kifayət qədər oyun praktikası olmadığından narazıdır.
"Mən komandaya daha çox fayda gətirə bilərəm. Artıq iki təklifim var, bu sevindirici haldır. "Milan"-ı çox sevirəm. Lakin meydanda daha çox olmaq istəyir, yalnız son dəqiqələrdə yox", - İndzaqi dedi.
Qeyd edək ki, bu mövsüm ərzində İndzaqi A seriyasında cəmi dörd oyunda çıxış edib və iki qol vurub.
Mənbə: ESPN
