9 noyabr 2010 17:01
Cokiça HACİYEVSKİ: Əlbətdə Çernoqoriya favorit hesab olunacaq, lakin...
Azərbaycanın "Simurq" klubunun baş məşqçisi Cokiça Haciyevski azerisport.az saytına müsahibə verdi.
Siz Balkan futbolunun mütəxəssislərindən birisiniz. Çernoqoriya yığmasını necə xarakterizə edə bilərsiniz?
Hazırda bu komanda yüksəlişdədi. Seçmə mərhələsində 9 xal yığıb və qrupunda İngiltərə, Bolqarıstan, İsveçrə yığmalarını qabağlayır. Əminəm ki, bu üç komandalardan hər biri AVRO-2012-nin final mərhələsinə düşmək niyyətindədi. Lakin hələ ki Çernoqoriya onları buraxmır. Hamının əla tanıdığı Deyan Saviçeviç futbol federasiyasına başçılıq edir.
Azərbaycan Serbiya və Çernoqoriya yığması ilə Podqorisedə heç-heçə edəndə və Bakıda məğlub olanda Saviçeviç o vaxt bu komandanın baş məşqçisi idi.
Bəli. İndi isə baş məşqçi Zlatko Krançardı. Onun çox gözəl futbol karyerası var idi, uzun illər müddətində Zaqrebin "Dinamo" klubunda çıxış edib. Sonradan isə İngiltərədə oynayıb.
Çernoqoriyaların lideri kim sayılır?
Onların bir neçə yaxşı futbolçuları var. Lakin xüsusi Mirko Vuçiniçi fərqləndirmək olar. A Seriyasında o "Roma"-nın heyətində "Lazio" ilə oyunda qol vurdu. Həmçinin Stevan Yovetiçi də qeyd etmək olar. 19 yaşında o "Partizan"-ın əsas futbolçusu idi, sonradan isə "Fiorentina"-ya keçdi.
Deməli Azərbaycanın şansları o qədər də yüksək deyik?
Gəlin unutmayaq ki, Azərbaycan Çernoqoriyaya Türkiyəni məğlub edən komanda kimi yollanır. Əlbətdə, rəqib favorit hesab olunacaq. Lakin ona da qalib gəlmək olar.
Çernoqoriyanın hansı oyununu izləmisiz?
Açığı deyim ki, Çernoqoriyanın son oyunlarına baxmamışam, lakin komandanın taktikası ilə yaxşı tanışam. Hələ mən Azərbaycan yığmasına başçılıq etdiyim zaman Çernoqoriyaya qarşı oynamaq arzusunda idim. Hətta Saviçeviçlə danışığlar aparırdım. Lakin matçların qrafiki uyğun gəlmədi. Amma mən çox şadam ki, Berti Foqtsun yetirmələri Çernoqoriya ilə qarşılaşacaq.
Rəqib çoxlu hücum etməyi sevir, elə deyilmi?
Bəli, bu belədi. Buna görə də Yovetiç və Vuçiniçi həmişə xüsusi diqqət altına saxlamaq lazımdır. Hər ikisi uca boydur, uzaqdan zərbə endirə bilən futbolçulardı. Kamran Ağayevə çətin olacaq. Əsasən Vuçiniç uzaqdan zərbələrə üstünlük verir. O artıq bu cür zərbələr sayəsində "Milan", "Juventus", "İnter", "Lazio" kimi komandalarla fərqlənib.
Bu oyunda Rəşad Sadıqov iştirak edə bilməyəcək.
Bu hər şeyi çətinləşdirəcək. Heyf ki, o bu qarşılaşmanı buraxmalıdı. Lakin forvardlar maksimum güc sərf etməlidir. Vaqif Cavadov, Rauf Əliyev, Fərid Quliyev – onlar Ueyn Runinin edə bilmədiyini edə bilər.
