9 noyabr 2010 17:26
Rusiya klubu "ikinci Zidan"ı öz heyətinə qatmaq niyyətindədi
Rusiyanın ÇSKA klubu İtaliyanın "Palermo" komandasının arqentinalı istedadı, "ikinci Zidan" adlandırılan Xavyer Pastoreni öz heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, bu futbolçuya görə "Barcelona", "Real", "Chelsea", "Manchester City" və "Milan" kimi klublar da mübarizə aparır. Rusiyalılar "Palermo" ilə Avropa Liqasında keçirilən cavab görüşü zamanı İtaliya təmsilçisi ilə bu barədə ilkin danışığlar aparıb. Lakin "Palermo" nümayəndələri aydın şəkildə çatdırıblar ki, 40 milyon avrodan az məbləğə 21-yaşlı arqentinanı buraxmayacaq.
Mənbə: Life Sports
