9 noyabr 2010 00:12
"Təəssüf ki, Mahir Şükürov qeyri-stabil oyunçudu"
Rusiyanın "Anjı" klubunun baş məşqçisi Haci Haciyev hesab edir ki, komandanın azərbaycanlı müdafiəçisi Mahir Şükürova vətənə tez-tez getməsi mane olur. "Deyə bilmərəm ki, Şükürovun oyunundan tam razıyam. Təəssüf ki, o qeyri-stabil oyunçudu. Yaxşı idman formasını uzun müddət ərzində saxlaya bilmir. Səbəb? Yəgin ki, yol. O kifayət qədər tez-tez Bakıya gedir. Bu isə bərpa olunmağa maneçilik törədir", - Haciyev azerisport.az saytına bildirdi.
