9 noyabr 2010 00:18

Rauf ƏLİYEV: Hər qoldan sonra daha birini vurmaq istəyirəm

Azərbaycanın "Qarabağ" klubunun hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibə verdi.

Gözlənildiyi kimi "Qarabağ" MOİK üzərində asanlıqla qələbə qazandı. Elə göründü ki, bu qələbəni siz asanlıqla qazandınız.
Ola bilsin ki, autsayderlə oynadığımız üçün belə göründü. Əsəs hədəfimiz qələbə idi. Üç xalı həm MOİK, həm "Xəzər-Lənkəran"-la oyunda da verirlər. Məğlubiyyətdən sonra çox vacibdir ki, tez toparlanaq və ilk görüşdə də qalib gəlmək lazımdır.
 
Demək olarmı ki, "Qarabağ" tam gücü ilə oynamadı?
İlk yarıda komanda bütün gücünü ortaya qoydu. Lakin ikinci yarıda hər şey dəyişdi. Ola bilsin ki, nəticə bizi sakitləşdirdi. Amma artıq başqa oyun idi. Yəgin doğrudan da sakitləşdik.
 
Deməli gücünüzü qarşıdaki dörd oyuna – "Bakı", AZAL, "Neftçi" və "İnter"-lə görüşlər üçün qoruyursuz?
Belə də demək olar. Digər tərəfdən, əgər oyunun taleyi ilk yarıda həll olunubsa nəyə görə son gücümüzü sərf etməliyik? Qarşıda hələ çoxlu oyun var və özümüzü zədədən qorumalıyıq. Onsuzda zədəli futbolçuların sayı çoxdu.
 
"Qarabağ" elə nadir komandalarından biridir ki, Premyer-liqada daha zəif rəqibləri məğlub edirdi, lakin heyətində əksəriyyəti legionerlər olan favoritlərlə oyunda çətinliklərlə üzləşir.
Belə də olur. Bu heçnədən xəbər vermir. Bizim problemlərimiz sirr deyil və hər kəs bizə necə çətin olduğunu bilir. Çoxlu səbəb var.
 
Oyun problemləri?
Bizim öz oyun üslubumuz var. Heyətdə hər dəfə yeni oyunçular peyda olunur. Buna görə də hər dəfə hər şeyi dəyişdirilməli oluruq. Nöqsanlar aşkarlanır. Səhv, qol buraxmağa və məğlub olmağa başlayırıq.
 
Turnir cədvəli baxımından, bu qələbə sizə nə verir?
Liderlər qrupundan geridə qalmamaq çox çətindir. Sabah problemlər geridə qalanda, nə isə dəyişmək çətin olacaq. Əlbətdə, 36-dan 21 xal o qədər də yaxşı variant deyil. Lakin liderlər də xal itkisinə məruz qaldığını nəzərə alsaq bu ən pis variant da deyil.
 
Öz qollarınızı sayırsız?
Əlbətdə. Hər oyunda qol vurmaq istəyirik. Başqalarında mən pis deyiləm ki. Hər qoldan sonra daha birini vurmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.