9 noyabr 2010 12:13
Artıq yanvarda Bahodir Nəsimov Neftçi`nin futbolçusu ola bilər
Yanvarda Azərbaycanın "Neftçi" və Rusiyanın "Rubin" klublarının prezidentləri Sadıq Sadıqov və Aleksandr Qusev öz aralarında görüş keçirəcək. Azerisport.az xəbər verir ki, həmin görüş zamanı özbək hücumçu Bahodir Nəsimovun transfer hüquqlarının "neftçilər" tərəfindən mümkün alınması və həmçinin "Rubin"-in heyətinə "Neftçi"-nin bir necə perspektivli futbolçunun baxışa dəvət olunması müzakirə olunacaq. Xatırladaq ki, paytaxt klubunda icarə əsasında çıxış edən Nəsimov Azərbaycan çempionatının ən sərrast futbolçusudur – 12 oyunda 12 qol.
