9 noyabr 2010 12:32
ManUnited Barca`nın hücumçusunu almaq istəyir
İngiltərənin "Manchester United" klubu İspaniyanın "Barcelona" komandasının futbolçunu almaq niyyətindədir. Azerisport.az xəbər verir ki, söhbət 20-yaşlı forvard Boyan Krkiçdən gedir. Serbiya əsilli ispaniyalı futbolçuya görə "qırmızı şeytanlar" 15 milyon funt sterlinq ödəməyə hazırdır.
Xatırladaq ki, Krkiçin "Barca" ilə müqaviləsi 2012-ci ilin yayına qədər nəzərdə tutulub.
Mənbə: El Mundo Deportivo
