9 noyabr 2010 12:56
Azərbaycan çempionun rəqibləri kim olacaq?
XIX MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kubokunda çıxış edə biləcək komandaların 13-ünün adı artıq məlumdur. Azerisport.az xəbər verir ki, əgər heç bir dəyişiklik baş verməsə Azərbaycanı bu çempionatda son çempion Bakının "İnter" klubu təmsil edəcək.
"Bankirlərin" potensial rəqibləri isə bunlardı: "Şaxtyor" (Ukrayna), "Tobol" (Qazaxıstan), BATE (Belarusiya), "Şerif" (Moldova), "Ekranas" (Litva), "Metallurq" (Latviya), "Balkan" (Türkmənistan), "Bunedkor" (Özbəkistan), "Levadiya" (Estoniya), "Neftçi" (Koçkar-Atı, Qırğızıstan), "İstiklol" (Tacikistan), HİK (Finlyandiya) və Rusiya klublarının yığması.
Hələ ki Rusiya və Ermənistan çempionları müəyyənləşməyib.
İstisna olunmur ki, adları çəkilən bəzi ölkələrin çempionu olmuş klubların yerinə turnirdə gümüş medalçılar çıxış etsin.
