10 noyabr 2010 13:38
Milan və Liverpool Rusiya klubunun futbolçusunu hədəfə alıb
Rusiyanın ÇSKA klubunun yaponiyalı yarımmüdafiəçisi Keysuke Honda Avropa top-klublarının maraq dairəsindən çıxmır. Azerisport.az xəbər verir ki, İtaliyanın "Milan" komandasından başqa İngiltərənin "Liverpool" klubu da futbolçu uğrunda mübarizəyə qoşulmaq istəyir.
Qeyd edək ki, yanvarda Yaponiya yığmasının futbolçusunu almaq istəyən 9 milyon funt sterlinq ödəməli olacaq.
Mənbə: The Sun
