10 noyabr 2010 14:15

Vaqif SADIQOV: Bu məsələlər olan yerdə hansı irəliləyişdən danışmaq olar?

Azərbaycanlı futbol mütəxəssisi Vaqif Sadıqov Premyer-liqanın səviyyəsindən və ölkə çempionatının vahid sistem üzrə keçirilməsindən azerisport.az saytına verdiyi müsahibəsində danışıb.

Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının reytinqində Azərbaycan çempionatı 92-ci yerdə qərarlaşıb.
Bu mövqe ilə razı deyiləm. Əgər biz Honduras, Anqola, Qatar və Zimbabvenin kimi çempionatları bizdən irəlidədirsə, bu reytinqdə hansı amillər nəzərə alınır? Qeyd etmək istəyirəm ki, bizim çempionatımız daha güclü olub. Artıq Avropa bizimlə hesablaşır. Bu yer nə dərəcədə real olması barəsində nəsə demək çətindir. Digər tərəfdən, 200-dən artıq çempionat arasında ilk yüzlükdə olmağımız o qədər də pis deyil.
 
Belə baxanda, çempionatımız sizin qeyd etdiyiniz ölkələrdən daha üstün olmalıdı...
Legionerlərin səviyyəsi və digər göstəricilərə görə biz onları qabağlamalıyıq. Lakin digər parametirlər də hesab ola bilər. Misal üçün, stadionlara gələnlərin sayı. Bu göstərici bizdə heç də yaxşı deyil.
 
Bəlkə bizim çempionatımıza reklam çatmır?
Təbii. Biz özümüzü təqdim etməyə bacarmalıyıq. Reklam həmişə lazımdır. Burada böyük rol yerli mətbuat, onların Premyer-liqanı necə təqdim etməsi oynayır. Bunların hamısı zamanın tələbidir. Bunsuz mümkün deyil. Bizimkilər xaricdə oynayanlardan pis deyil.
 
Bəs sizcə Azərbaycan bu reytinqdə neçənci yerdə olmalıdı?
Ən azı bu ölkələrdən irəlidə. Qazaxıstan və Uelsdən üstün olmağımız isə qəribə deyil. Heç olmasa avrokuboklardaki çıxışları müqayisə edək. Biz bu ölkələri qabağlayırıq. Mən həmçinin hesab edirəm ki, ötən mövsüm bu ilkindən daha güclü idi. Legionerlərə limit yox idi. İndi isə bəzi klublar çətinliklərlə üzləşib.
 
Hansı çətinliklərlə?
Yerli transfer bazarında çalışan klublar bundan qazanıb. Lakin digərlər yox. Misal üçün "Bakı"-nı götürək. Komandanın çalışdırıcısı hələ də optimal heyətin axtarışındadı, çünki yaxşı səviyyəli yerli oyunçusu yoxdur.
 
Nəyə görə siz hesab edirsiniz ki, ötən mövsüm daha maraqlı idi? Axı bu ildə də mübarizə var.
Ötən ilki "Simurq" yoxdur, "Qəbələ" xal yığmağa başlamasına baxmayaraq, özünə oxşamır. AZAL ötən mövsümdə də mübarizə aparıb. Siz "Gəncə"-ni qeyd edə bilərsiniz. Ancaq bu komanda hələ o səviyyədə deyil ki, favoritlərlə bərabər olsun.
 
Premyer-liqanın səviyyəsini necə qaldırmaq lazımdır?
Biz hər dəfə Azərbaycan çempionatının yeni sistem üzrə keçiririk. Ölkə birinciliyinin səviyyəsi keçirilmə sistemindən asılı ola bilər. Lakin bizdə bu sistem hər mövsüm dəyişir. Biz hələ də vahid sistem və klubların sayı ilə müəyyənləşə bilmirik. Bu məsələlər olan yerdə hansı irəliləyişdən danışmaq olar?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.