10 noyabr 2010 15:12

"Foqts tanınmış məşqçi olsa da, milli üçün Qurban Qurbanov qədər faydalı ola bilməz"

Azərbaycan millisinin Türkiyə üzərində tarixi qələbəsi (1:0) komandamızın sabiq üzvü Vladimir Poşexontsevi də çox sevindiribmiş. Azerisport.az xəbər verir ki, ilk milliləşdirilən futbolçulardan biri olan veteran futbolçu hazırda doğma Ukraynada yaşayır. Bununla belə "ikinci vənətim" adlandırdığı ölkəmizdə baş verənləri diqqətlə izləyir. "Neftçi"-nin keçmiş müdafiəçisi "ay-ulduzlular" üzərində qələbəni sensasiya hesab etmir. Belə ki, sabiq futbolçu öz açıqlamasında sözügedən oyunla bağlı fikirlərini bildirib. "Azərbaycan millisi ev komandasıdı. Uşaqlar həmişə Bakıda, doğma divarlar arasında rəqibə qarşı xüsusi köklənir. Belədə nəinki Türkiyə, bir çoxlarına başağrısı olmaq iqtidarındadı". 

Poşexontsev ona da yaxşı tanış olan "azərbaycansayağı korner"dən vurulan qələbə topu barədə də maraqlı fikirlər söyləyib: "Həmin "standart" alındı, çünki türklər "pijon"du... Rəqibə hörmət etməli və öyrənməlisən. Fikrimcə almanlara qarşı bu nömrə keçməzdi... İstənilən halda uşaqlara halaldı. Onlara Türkiyəylə olduğu kimi bir çox uğurlu oyun arzu edirəm". 

Poşexontsev millinin baş məşqçisi haqda da fikirlərini bölüşüb: "Berti Foqtsun komandaya alman nizam-intizamı gətirdiyi hiss edilir. Bununla belə, mənim şəxsi fikrimdir ki, Azərbaycan millisinə azərbaycanlı rəhbərlik etməlidir. Heç bir əcnəbi mütəxəssis yerli futbolçuları öz məşqçilərindən yaxşı başa düşə bilməz. Bu hər yerdə belədir. Hansı milli əcnəbi məşqçi ilə dünya çempionu ola bilib? Yerlilər daha tez uğur qazanır. Azərbaycan millisi üçün də Qurban Qurbanov kimi əla namizəd var. Onun karyerasını diqqətlə izləyirəm. "Qarabağ"-dakı uğurları çox şeydən xəbər verir. Foqts nə qədər tanınmış məşqçi olsa da, milli üçün Qurban qədər faydalı ola bilməz". 
 
Mənbə: Qafqazinfo

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.