10 noyabr 2010 15:35
Azərbaycanlı futbolçunun Türkiyəyə keçidi sual altındadı
Azərbaycanın "Bakı" klubunun gənc forvardı Rəhman Haciyevin Türkiyənin "Altay" komandasına keçidi baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, bu transferin təşəbbüskarı olan, paytaxt klubunun keçmiş çalışdırıcısı Cüneyt Biçerin "Altay"-dan getməsi ilə bağlıdır ki.
"Haciyevi "Altay"-da görmək istəyən mən idim. Hazırda məni bu klubla heçnə bağlamır. Əgər "Bakı"-ya mənim köməyim lazım olsa, mən həmişə hazıram", - Biçer saytımıza verdiyi açıqlamsında bildirdi.
